Prosineçki yenə əməliyyat olundu

123 dəfə oxunub
Prosineçki yenə əməliyyat olundu

Millimizin sabiq baş məşqçisi, hazırda Bosniya və Herseqovina yığmasına rəhbərlik edən Robert Prosineçki yenidən əməliyyat olunub.

Faktor.az xəbər verir ki, mütəxəssis ikinci dəfə cərrah masasına Sarayevodakı klinik mərkəzdə uzanıb. Onun səhhəti kafi qiymətləndirilir.

Təcrübəli mütəxəssis noyabrın 18-də İspaniya ilə yoldaşlıq görüşündən qayıdandan sonra mədəsindəki ağrılardan şikayətlənib. Dörd gün sonra o, xəstəxanaya çatdırılıb. Dörd saatlıq əməliyyatdan sonra sabiq futbolçu özünü yaxşı hiss etməyə başlayıb.

Qeyd edək ki, Prosineçki 2014-2017-ci illər aralığında Azərbaycan millisinin çalışdırıb.



Redaktorun seçimi