Kosta "Atletiko"dan gedir

123 dəfə oxunub
Kosta "Atletiko"dan gedir

"Atletiko”nun futbolçusu Dieqo Kosta qışda Madrid klubundan ayrıla bilər.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Çinin "Tyanszin Syuanszyan" klubu ispan hücumçuya cəlbedici təklif göndərməyə hazırlaşır.D.Kostanın menecerinin də "Atletiko" rəhbərliyinə oyunçunun klubdan ayrılmaq istəməsi ilə bağlı bildirdiyi vurğulanıb.

30 yaşlı futbolçunun komanda yoldaşı Antuan Qrizmannla müqayisədə az maaş almağından narazı olduğu iddia edlib.

Qeyd edək ki, D.Kosta bu mövsüm 15 matçda oynayıb.



Redaktorun seçimi