Mançester Siti"dən növbəti qələbə

122 dəfə oxunub
Mançester Siti"dən növbəti qələbə

İngiltərə Premyer Liqasında 15-ci tura start verilib.

Faktor.az xəbər verir ki, ilk oyun günündə 4 qarşılaşma keçirilib. “Bornmut” evdə “Haddersfild”i 2:1, “Brayton” “Kristal Pelas”ı, “Vest Hem” isə “Kardiff”i 3:1 hesabı ilə məğlub edib.

Çempionatın lideri “Mançester Siti” isə bu tur səfərdə “Uotford”un qonağı olub. Bundan əvvəlki 14 oyunda məğlubiyyət acısı yaşamayan Pep Qvardiolanın komandası uğurlu seriyanı davam etdirib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn “şəhərlilər” xallarının sayını 41-ə yüksəldərək, zirvədəki yerini qoruyub.

Qeyd edək ki, hazırda turnir cədvəlində 2-ci pilləni “Liverpul” tutur. Bir oyun az keçirən mersisaydlıları liderdən 5 xal ayırır. Üçüncü sırada 31 xalla “Çelsi” yer alır. 30 xalı olan “Arsenal” isə 4-cüdür.

Xatırladaq ki, tura bu gün və sabah keçiriləcək oyunlarla yekun vurulacaq.



Redaktorun seçimi