Azarkeşləri söyən futbolçu cəzalandı

135 dəfə oxunub
Azarkeşləri söyən futbolçu cəzalandı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Faktor.az xəbər verir ki, iclasda birinci divizionda baş vermiş neqativ hallara hüquqi qiymət verilib.

12-ci turda keçirilən "Zaqatala" – MOİK görüşünün 30-cu dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alan qonaqların futbolçusu İsmayıl Muradov 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

Qarşılaşmanın 33-cü dəqiqəsində MOİK-in digər oyunçusu Orxan Həsənov azarkeşləri təhqir etdiyi üçün 3 oyunluq cəza alıb, klubu isə 160 manat cərimə ödəyəcək.



Redaktorun seçimi