"Şaxtyor"- "Lion" oyununun yeri dəyişdirildi

122 dəfə oxunub
"Şaxtyor"- "Lion" oyununun yeri dəyişdirildi

Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Şaxtyor" (Donetsk) - "Lion" görüşünün məkanı dəyişdirilib.

Faktor.az UEFA-nın saytına istinadən xəbər verir ki, matç əvvəlcədən nəzərdə tutulduğu kimi Xarkovda yox, Kiyevdəki "Olimpiyski" stadionunda təşkil olunacaq. Ölkənin bəzi bölgələrində tətbiq edilən hərbi vəziyyətə görə bu qərar verilib.

Qeyd edək ki, "Şaxtyor"- "Lion" oyunu dekabrın 13-ü keçiriləcək.

Xatırladaq ki, bundan əvvəl eyni səbəbdən  "Vorskla" - "Arsenal" görüşünün yeri dəyişdirilmişdi.



Redaktorun seçimi