Ronaldo və Messi Madridə gedir - final oyununa baxmağa

139 dəfə oxunub
Ronaldo və Messi Madridə gedir - final oyununa baxmağa

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo və "Barselona"nın oyunçusu Lionel Messi Libertadores kubokunda "River Pleyt" və "Boka Xuniors" arasında Madriddə keçiriləcək final görüşünü stadiondan canlı izləyəcək.

Faktor.az İspaniya mətbuatına istinadən xəbərə görə, onlar matçın keçiriləcəyi "Santyaqo Bernabeu" stadionundan oyuna baxacaqlar. "Real"ın prezidenti Florentino Peresin Ronaldo və Messinin eyni ViP lojada yerləşdirmək istədiyi iddia olunur.

Qeyd edək ki, final qarşılaşması dekabrın 9-i keçiriləcək.



Redaktorun seçimi