Millətlər Liqasında yeni mövsümün təqvimi - UEFA açıqladı

Hit: 242
Millətlər Liqasında yeni mövsümün təqvimi - UEFA açıqladı

UEFA Millətlər Liqasında növbəti (2020-2021) mövsümün təqvimini açıqlayıb. 

Faktor.az UEFA-nın saytına istinadən xəbər verir ki, yeni mövsüm 2020-ci ilin sentyabr ayında başlayacaq. 

Millimiz Kipr, Litva, Estoniya, Andorra, Ermənistan, Cəbəllütariq, Qazaxıstan, Latviya, Lixtenşteyn, Lüksemburq, Sloveniya, Malta, Moldova, San-Marino və Farer adaları ilə birlikdə D Liqasında mübarizə aparacaq.

Qeyd edək ki, növbəti mövsümün püşkatma mərasimi isə 2020-ci ilin yanvar və ya fevral ayında baş tutacaq.

Millətlər Liqasında 2020-2021 mövsümünün təqvimi

Qrup mərhələsi

1-ci tur: 3-5 sentyabr 2020-ci il

2-ci tur: 6-8 sentyabr 2020-ci il

3-cü tur: 8-10 oktyabr 2020-ci il

4-cü tur: 11-13 oktyabr 2020-ci il

5-ci tur: 12-14 noyabr 2020-ci il

6-cı  tur: 15-17 noyabr 2020-ci il

Final mərhələsi 2021-ci ilin iyununda keçiriləcək. Avro-2020-nin pley-off mərhələsinin oyunları isə 2020-ci il 26-31 mart tarixlərində olacaq.









Redaktorun seçimi