Pley-offun bütün cütləri müəyyənləşdi

Hit: 282
Pley-offun bütün cütləri müəyyənləşdi

UEFA Millətlər Liqasında 2018-2019 mövsümünün əsas mərhələsi başa çatıb.

Faktor.az xəbər verir ki, ötən gün keçirilən oyunlardan sonra Avro-2020-ə vəsiqə verən pley-off mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Öz liqasında qrup qalibi olan 16 komanda Avro-2020-nin seçmə mərhələsində uğursuzluqla üzləşsə, pley-off vasitəsilə qitə çempionatına qatılmaq şansı qazanacaq.

Bu komanalar arasında İsveçrə,  İngiltərə, Portuqaliya və Hollandiya kimi güclü yığmalar olduğundan pley-offun tərkibində dəyişikliklər olacağı gözləniləndir. Çünki Avro-2020-yə seçmə mərhələ vasitəsi ilə vəsiqə qazanan komandanı Millətlər Liqasında çıxış etdiyi liqanın 2-ci ən yaxşı yığması əvəzləyəcək. 

Bu baxımdan yığmamız da nəzəri olaraq pley-offda oynamaq şansını itirməyib. Ancaq bunun üçün D liqasında 7-ci olan millimizi qabaqlayan  6 komandadan (Gürcüstan, Kosovo, Makedoniya, Belarus, Lüksemburq, Ermənistan) üçü seçmə mərhələ yolu ilə Avro -2020-yə vəsiqə qazanmalıdır. Bu isə olduqca çətin görünür.

Pley-offa vəsiə qazanan komandalar

A liqası

İsveçrə - İngiltərə

Portuqaliya – Hollandiya

B liqası

Bosniya və Herseqovina – İsveç

Danimarka – Ukrayna

C liqası

Şotlandiya - Finlandiya

Norveç - Serbiya

D liqası

Gürcüstan – Belarus

Makedoniya – Kosovo









Redaktorun seçimi