Millətlər Liqasında qrup mərhələsinə yekun vuruldu - YENİLƏNİB
Bu gün UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub.
Faktor.az xəbər verir ki, 6-cı turun son oyun günündə keçiriləcək 7 görüşlə növbəti mərhələyə yüksələn son 4 komandanın adına aydınlıq gəlib.
A Liqasında Portuqaliya Polşanı qəbul edir. Bu görüşün nəticəsi heç bir əhəmiyyət kəsb etmirdi. Portuqaliyalılar növbəti mərhələni öncədən təmin edib, qonaqlar aşağı liqaya düşüb.
B Liqasında da bir oyun keçirilib. 2-ci qrupda Rusiya İsveçin qonağı olub. Növbəti mərhələ üçün ruslara 1 xal bəs edirdisə, isveçlilər mütləq qalib gəlməli idi. Rəqibin qapısından 2 cavabsız qol keçirən meydan sahibləri pley-offa vəsiqə qazanıb.
C Liqasında 1-ci qrupda İsrail Şotlandiya səfərinə yollanıb. Qonaqlara növbəti mərhələ üçün bərabərlik də sərf edirdi. Ancaq şotlandiyalılar 3:2 hesablı qələbə ilə növbəti mərhələyə adlayıb. 4-cü qrupda isə Litva üzərində qələbə qazanan Serbiya pley-offa yüksəlib.
D liqasının 3-cü qrupunda isə millimizi 4:0 hesabı ilə məğlub edən Kosovo adını növbəti mərhələyə yazdırıb.
UEFA Millətlər Liqası
6-cı tur
20 noyabr
A Liqası
3-cü qrup
23:45. Portuqaliya – Polşa - 1:1
Qollar: A. Silva, 33 (1:0), A. Milik, 66-penalti (1:1)
1. |
Portuqaliya |
4 |
2 |
2 |
0 |
5:3 |
8 |
2. |
İtaliya |
4 |
1 |
2 |
1 |
2:2 |
5 |
3. |
Polşa |
4 |
0 |
2 |
2 |
4:6 |
2 |
B Liqası
2-ci qrup
23:45. İsveç – Rusiya - 2:0
Qollar: Lindelöf, 41 (1:0), M. Berq, 72 (2:0)
1. |
İsveç |
4 |
2 |
1 |
1 |
5:3 |
7 |
2. |
Rusiya |
4 |
2 |
1 |
1 |
4:3 |
7 |
3. |
Türkiyə |
4 |
1 |
0 |
3 |
4:7 |
3 |
C Liqası
1-ci qrup
23:45. Şotlandiya – İsrail - 3:2
Qollar: B. Kayal, 9 (0:1), C. Forest, 34 (1:1), 43 (2:1), 64 (3:1), E. Zahavi, 75 (3:2)
1. |
Şotlandiya |
4 |
3 |
0 |
1 |
10:4 |
9 |
2. |
İsrail |
4 |
2 |
0 |
2 |
6:5 |
6 |
3. |
Albaniya |
4 |
1 |
0 |
3 |
1:8 |
3 |
4-cü qrup
23:45. Monteneqro – Rumıniya - 0:1
Qol: C. Çukudyan, 44
23:45. Serbiya – Litva - 4:1
Qollar: A. Zulpa, 51-avtoqol (1:0), A. Mitroviç, 58 (2:0), D, Petraviçius, 64, (2:1), A. Priyoviç, 71 (3:1), A. Lyayiç, 74 (4:1)
1. |
Serbiya |
6 |
4 |
2 |
0 |
11:4 |
14 |
2. |
Rumıniya |
6 |
3 |
3 |
0 |
8:3 |
12 |
3. |
Monteneqro |
6 |
2 |
1 |
3 |
7:6 |
7 |
4. |
Litva |
6 |
0 |
0 |
6 |
3:16 |
0 |
D Liqası
3-cü qrup
23:45. Kosovo – Azərbaycan - 4:0
Qollar: A. Zeneli, 2 (1:0), 50 (2:0), A. Rrahmani, 61 (3:0), A.Zeneli, 76 (4:0)
23:45. Malta – Farer adaları - 1:1
Qollar: R. Yensen, 3 (0:1), Korbalan, 4 (1:1)
1. |
Kosovo |
6 |
4 |
2 |
0 |
15:2 |
14 |
2. |
Azərbaycan |
6 |
2 |
3 |
1 |
7:6 |
9 |
3. |
Farer adaları |
6 |
1 |
2 |
3 |
5:10 |
5 |
4. |
Malta |
6 |
0 |
3 |
3 |
5:14 |
3 |