Sərbəst güləşçilərimiz İrana gedir

Hit: 342
Sərbəst güləşçilərimiz İrana gedir

Noyabrın 21-də İranın Gürgan şəhərində 15 yaşadək sərbəst güləşçilər arasında “Day of children” turniri keçiriləcək.

Faktor.az xəbər verir ki, komanda yarışında ölkəmizi böyük məşqçi Namiq Quliyev və məşqçi Mehman Nəcəfovun rəhbərliyi altında Ruslan Abdullayev (38 kq), Emin Qocayev, Abdul Abdullayev (hər ikisi 41 kq), Mahir Məmmədov (44 kq), Ramik Heybətov, Nurəddin Novruzov (hər ikisi 48 kq), Ağanəzər Novruzov (52 kq), Məhəmmədəli Quliyev (57 kq), Namus Orucov (62 kq), Səttərxan Allahverdili (68 kq), Varis Mehdizadə (75 kq) və Xəlil Allahverdiyevdən (85 kq) ibarət kollektiv təmsil edəcək.

Yığmamız İran-1 və Ermənistanla eyni qrupda yer alıb. Digər qrupda İran-2, İran-3 və Gürcüstan qərarlaşıb.









Redaktorun seçimi