"Arsenal" 22 yaşlı yarımmüdafiəçi alır

Hit: 320
"Arsenal" 22 yaşlı yarımmüdafiəçi alır

"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Arsenal" yarımmüdafiəçisi ala bilər.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, London klubu "Vilyarreal"ın oyunçusu Pablo Fornalsı transfer etmək istəyir. "Arsenal"ın 22 yaşlı yarımmüdafiəçi üçün 20 milyon avro ödəməyə hazır olduğu bildirilib.

İngiltərə təmsilçisi mövsümün sonu klubu tərk edəcək Aaron Remzinin əvəzləyici kimi P.Fornelsı almağı planlaşdırır.

Qeyd edək ki, P.Fornals bu mövsüm La Liqada 12 matçda 1 qol vurub, 1 qolun ötürməsini verib.









Redaktorun seçimi