Millimiz Kosovoya böyük hesabla uduzdu - YENİLƏNİB

Hit: 833
Millimiz Kosovoya böyük hesabla uduzdu - YENİLƏNİB

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununa çıxıb.

Faktor.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv qrup mərhələsinin 6-cı turunda Kosovonun qonağı olub. Priştinadakı “Fadil Vokrri” stadionunda keçirilən görüş saat 23:45-də start götürüb.

Kosovo yığması hazırda 11 xalla 1-ci pillədəydi. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C Liqasına və pley-offa yüksəlmək üçün bu oyunda mütləq qələbə qazanmalıydı. Əks halda, milli komanda Millətlər Liqası yolu ilə AÇ-2020-yə vəsiqə qazanmaq şansını itirəcəkdi.

Təəssüf ki, yığma komanda bəslənilən ümidləri doğrulda bilməyib. Rəqib meydanında elə ilk dəqiqələrdən dizləri əsməyə başlayan azərbaycanlı futbolçular bunun məntiqi nəticəsi kimi 2-ci dəqiqədə yenidən mərkəzə dəvət olunublar. Qalan dəqiqələrdə daha 3 qol buraxan milli komanda biabırçı məğlubiyyətlə barışmalı olub. 

Qrupun digər matçında isə Malta öz meydanında Farer adaları yığmasını qəbul edib. Bu oyunda isə heç-heçə qeydə alınıb - 1:1.

UEFA Millətlər Liqası

6-cı tur

20 noyabr

D Liqası, 3-cü qrup

Kosovo - Azərbaycan - 4:0

Qollar: Arber Zeneli, 2; 50; 76. Amir Rrahmani, 61.

Baş hakim: Benua Miyo

Yan xətt hakimləri: Medi Ramuni, Bertran Juannu

Əlavə köməkçi hakimlər: Frank Şnayder, Kərim Abed

Dördüncü hakim: Benjamen Pajes (hakimlər briqadası Fransadandır)

Hakim-inspektor: Aleksandr Qvardis (Rusiya)

UEFA nümayəndəsi: Antonio Talariko (İtaliya)

Priştina. “Fadil Vokrri” stadionu

 









Redaktorun seçimi