"Milan"dan İbrahimoviç açıqlaması - qayıdır

Hit: 232
"Milan"dan İbrahimoviç açıqlaması - qayıdır

"Milan" sabiq futbolçusu - "Los-Anceles Qelaksi"nin hücumçusu Zlatan İbrahimoviçlə danışıqlar apardığını təsdiqləyib.

Faktor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun idman direktoru Leonardo məlumat verib. O, isveçli hücumçunun "Milan"a keçməyə çox yaxın olduğunu bildirib: "Amma indi bu barədə ətraflı danışmaq zamanı deyil".

Qeyd edək ki, "Milan" rəsmilərinin futbolçunun agenti Mino Rayola ilə görüşdüyü və 37 yaşlı oyunçuya  6 ay + 6 ay şərti ilə müqavilə təklif etdiyi iddia olunur

Xatırladaq ki, İbrahimoviç 2010-2012-ci illərdə  "Milan"da çıxış edib.









Redaktorun seçimi