Ruslan məşqlərə başladı

Hit: 238
Ruslan məşqlərə başladı

Topaz Premyer Liqanın lideri "Neftçi” hazırlğı davam etdirir.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Məhəmməd Mirzəbəyov, həmçinin Azərbaycan və Haiti milli, U-21 yığma komandalarının düşərgəsində olan futbolçular iştirak etməyiblər. Əvəzində, zədə üzündən uzun müddət yaşıl meydanlardan kənarda qalan Ruslan Abışov məşqlərə başlayıb. Kapitan komanda üzvlərindən ayrı fərdi məşq edib. Hazırlıq sabah da bir məşqlə davam edəcək.

Qeyd edək ki noyabrın 25-də "Bayıl Arena”da keçiriləcək "Səbail” – "Neftçi” oyunu saat 17:00-da start götürəcək.









Redaktorun seçimi