Hakim ağladı, Van Deyk qucaqlayıb, təsəlli verdi - FOTOLAR

Hit: 265
Hakim ağladı, Van Deyk qucaqlayıb, təsəlli verdi - FOTOLAR

UEFA Millətlər Liqasının 6-cı turunda keçirilən Almaniya – Hollandiya oyunundan (2:2) sonra qəribə hadisə baş verib.

Faktor.az xəbər verir ki, hollandların 2-ci qolunu vuran Vircil Van Deyk matçın final fitindən sonra baş hakim Ovidiu Hateqanın yanına gedərək, onu qucaqlayıb.

“Liverpul”un müdafiəçisi oyundan sonra jurnalistlərə müsahibəsində bu addımının səbəbini açıqlayıb: “Bir müddət əvvəl anasının öldüyünü demişdi. Oyundan sonra kövrəldi və ağlamağa başladı. Onun yanına gedərək, matçı yaxşı idarə etdiyini deyib, təsəlli etdim. Ümid edirəm ki, az da olsa, ona köməyim dəydi”.

Xatırladaq ki, bu heç-heçə ilə Hollandiya millisi növbəti mərhələyə yüksəlib.

1
1








Redaktorun seçimi