“Barselona” onunla yollarını ayıracaq

Hit: 372
“Barselona” onunla yollarını ayıracaq

“Barselona”nın futbolçusu Tomas Vermalen mövsümün sonunda komandanı tərk edəcək.

Faktor.az xəbər verir ki, Kataloniya təmsilçisi belçikalı futbolçu ilə yeni müqavilə imzalamayacaq. Bu barədə İspaniyanın “AS” nəşri məlumat yayıb. Xəbərdə “Barsa”nın baş məşqçisi Ernesto Valverdenin, Vermaleni tez-tez zədələnməsindən narahat olduğu üçün komandada görmək istəmədiyi bildirilib.

“Arsenal”dan 2014-cü ildə 19 milyon avroya “Barselona”ya transfer edilən Vermalen, cari mövsümdə cəmi 3 qarşılaşmada iştirak edib. Müdafiəçinin Kataloniya təmsilçisiylə müqaviləsi 2019-cu ilin yayında bitir.

33 yaşlı futbolçu 71 dəfə Belçika millisinin şərəfini qoruyub.









Redaktorun seçimi