Ramos Almeydanı qabaqladı

Hit: 330
Ramos Almeydanı qabaqladı

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra statistik göstəricilər açıqlanıb.

Faktor.az xəbər verir ki, Azərbaycan millisinin iki futbolçusu - Qara Qarayev və Riçard Almeyda ən yaxşılar arasında yer alıblar. Almeyda 401 dəqiq ötürmə ilə 2-ci, Qarayev 358 dəqiq ötürmə ilə 5-cidi.

Ötürmə sayında ilk pillədə İspaniya millisinin kapitanı Serxio Ramos qərarlaşıb - 433 ötürmə.

Yarışın bombardirləri isə hərəyə 5 qol vuran Serbiya millisinin forvardı Aleksandar Mitroviçlə, Ermənistan millisinin hücumçusu Yura Movsisyandı.









Redaktorun seçimi