"Qəbələ"nin legioneri baxdı, komandası darmadağın oldu

Hit: 317
"Qəbələ"nin legioneri baxdı, komandası darmadağın oldu

Albaniya millisi dünən UEFA Millətlər Liqasında sonuncu oyununu keçirib.

Faktor.az xəbər verir ki, doğma meydanda Şotlandiyanı qəbul edən albanlar 0:4 hesabı ilə uduzublar. “Qəbələ”nin yarımmüdafiəçisi Sabien Lilayın adı matçın iştirak ərizəsində olsa da, ehtiyatda qalıb.

Qeyd edək ki, 3-cü divizionda mübarizə aparan Albaniya yığması qrupu 3 xalla sonuncu pillədə başa vurub.









Redaktorun seçimi