Salah, Mane və digərləri...

Hit: 305
Salah, Mane və digərləri...

Afrikada ilin ən yaxşısı futbolçusu adına namizədlər açıqlanıb.

Faktor.az xəbər verir ki, siyahıda "Liverpul"dan Sadio Mane və Məhəmməd Salah, "Yuventus"dan Mehdi Benatia, "Atletiko"dan Tomas Parti və "Napoli"dən Xalidu Kolibalinin adları yer alıb. Səsvermə dekabrın 2-nə qədər davam edəcək. Qalibin adı isə həmin ayın 14-də açıqlanacaq.

Qeyd edək ki, ötən mövsüm Salahın qazandığı mükafat 1992-ci ildə təsis olunub. Bu, 2001-ci ilə kimi bütün idman növləri üzrə ilin ən yaxşı afrikalısına verilirdisə, son 17 ildə ancaq futbolçulara təqdim olunur.









Redaktorun seçimi