“Kosovonu məğlub edə biləcək gücdəyik” - Mirabdulla Abbasov

Hit: 413
“Kosovonu məğlub edə biləcək gücdəyik” - Mirabdulla Abbasov

"Çox vacib qələbə oldu. Turnir cədvəli baxımından 3 xal çox əhəmiyyətli idi. Əlimizdən gələni edəcəyik ki, Kosovonu məğlub edib, 3 xal qazanaq və qrupu lider başa vuraq”.

Faktor.az xəbər verir ki, bu sözləri yığmamızın üzvü Mirabdulla Abbasov Millətlər Liqasının qrup mərhələsinin 5-ci turunda evdə Farer adalarına 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib. O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
 
- Bizim bacarmadığımız Maltaya bu gün Kosovo 5 qol vurdu. Son turda işimiz necə olacaq?

- Futbolda hər şey ola bilər. Biz də Kosovo ilə burda heç-heçə etmişik. Milli komandamız Kosovanı məğlub edəcək gücdədir.
 
- Debüt oyununu necə dəyərləndirirsən?

- Öz oyunumu dəyərləndirməyi sevmirəm. Kənardakılar qiymət versə, yaxşı olar. Əlbəttə, qol vurmaq istəyirdim. Hər bir hücumçu bunu istəyirdi.

- Debütündə təkbətək epizodda qol vura bilmədin. Bu həyəcanla bağlı idi?

- Xeyr, həyəcanlı deyildim, sadəcə, hər an qol vurmaq olmur. Həmin epizodda alınmadı.

- Kosovo ilə səfər matçında start heyətdə olacağını düşünürsən?

- Məşqçilərin fikridir. Baş məşqçimizin qərarına hörmətlə yanaşıram. Start heyətdə olsam və oyuna sonradan qoşulsam, əlimdən gələni edəcəyəm.









Redaktorun seçimi