Lukaku vacib oyunu buraxacaq

Hit: 360
Lukaku vacib oyunu buraxacaq

Belçika millisi UEFA Millətlər Liqasının qrup mərhələsində İsveçrə ilə keçirəcəyi oyuna ciddi itki ilə çıxacaq.

Faktor.az xarici KİV-ə istinadən xəbər verir ki, komandanın əsas hücumçusu Romelu Lukaku vacib oyunu buraxacaq. Bud nahiyyəsindən zədə alan "Mançester Yuneyted"in futbolçusu eyni səbəbdən İslandiya ilə matçda da meydana çıxa bilməmişdi.

Qeyd edək ki, İsveçrə - Belçika oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Son tur öncəsi Belçika 9 xalla 1-ci, ondan 3 xal az toplayan İsveçrə isə 2-cidir.









Redaktorun seçimi