Türkiyə İsveçə uduzdu, İtaliya Portuqaliya ilə bacarmadı - YENİLƏNİB

Hit: 405
Türkiyə İsveçə uduzdu, İtaliya Portuqaliya ilə bacarmadı - YENİLƏNİB

Bu gün UEFA Millətlər Liqasında 5-ci turun növbəti oyunları keçirilib.

Faktor.az xəbər verir ki, 3-cü oyun günündə 7 qarşılaşma baş tutub. 

Azərbaycan millisinin yer aldığı D liqasının 3-cü qrupunda iki görüş olub. Qurban Qurbanovun komandası Bakı Olimpiya Stadionunda Farer adalarını qəbul edib. Qrup qalibi olmaq və pley-offa yüksəlmək şansını saxlamaq üçün bu görüşdə Azərbaycanı yalnız qələbə qane edirdi. Komandalar arasındakı ilk oyun Azərbaycan millisinin 3:0 qələbəsiylə başa çatmışdı. Bu dəfə isə Azərbaycan yığması 2 cavabsız qolla qalib gəlib. Qrupun digər matçında isə Kosovo səfərdə Maltanın qonağı olub və 5 cavabsız qola sevinib.

A Liqasının 3-cü qrupunda İtaliya Potuqaliyayla qarşılaşıb. Qrupda son oyununu keçirən İtaliya liderliyə yüksəlmək üçün portuqallara mütləq qalib gəlməliydi. Komandalar arasındakı ilk oyun Portuqaliyanın 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Bu dəfə isə qapılara qol vurulmayıb.

Türkiyə yığması isə İsveçi qəbul edib. Doğma meydanda minimal hesabla uduzan türklər aşağı liqaya düşmək məcburiyyətində qalıblar.

UEFA Millətlər Liqası, 5-ci tur

17 noyabr

A Liqası

3-cü qrup

İtaliya - Portuqaliya 0:0

B Liqası

2-ci qrup

Türkiyə - İsveç 0:1

Qol: Qrankvist, 71-pen.

C Liqası

1-ci qrup

Albaniya - Şotlandiya 0:4

Qol: Fraser, 14. Fletçer, 45-pen. Forrest, 55; 67.

4-cü qrup

Serbiya - Monteneqro 2:1

Qol: Lyayiç, 30. Mitroviç, 32 - Muqoşa, 70.

Rumıniya - Litva 3:0

Qol: Puşkas, 7. Keseru, 47. Stanku, 65.

D Liqası

3-cü qrup

Azərbaycan - Farer adaları 2:0

Qol: Dmitri Nazarov, 18. Mahir Mədətov, 28.

Malta - Kosovo 0:5

Qol: Vedat Muriqi, 15. Benjamin Kololli, 70. Donis Avdiyay, 78; 80. Milot Raşiça, 86.









Redaktorun seçimi