Millimiz Gürcüstanı məğlub etdi

Hit: 448
Millimiz Gürcüstanı məğlub etdi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib.

Faktor.az xəbər verir ki, Tbilisi şəhərindəki Mixail Mesxi adına stadionda Gürcüstan yığması ilə qarşılaşan Vüqar Məmmədin baş məşqçi olduğu komanda 2:1 hesabı ilə qalib gəlib.

Hesabı 45+1-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Levan Xarabadze açıb. Lakin 66-cı dəqiqədə Tural Bayramov bərabərlik, 70-ci dəqiqədə Zahid Mərdanov qələbə topunu vurub. Qrupun digər oyununda İsrail Lixtenşteyni eyni hesabla yenib.

 

U-19 qrupda son oyununu noyabrın 20-də Lixtenşteynə qarşı keçirəcək.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda İsrailə uduzub - 1:4. Hazırda İsrail 6 xalla 1-ci pillədə qərarlaşıb. Azərbaycan və Gürcüstan hərəyə 3 xalla sonrakı 2 yeri tutur. Axırıncı pillədə isə hələ xalı olmayan Lixtenşteyn qərarlaşıb.









Redaktorun seçimi