“Barselona” və “Real”ın ortaq hədəfi

Hit: 334
“Barselona” və “Real”ın ortaq hədəfi

İspaniya nəhəngləri “Real” və “Barselona”nın transfer maraqları toqquşub.

Faktor.az xəbər verir ki, prinsipial rəqiblər Xorvatiya “Dinamo”sunun hücumçusu Dani Olmo uğrunda mübarizəyə başlayıb.

Hər iki komanda Kataloniya klubunun yetirməsi sayılan forvardı heyətinə qatmaqda maraqlıdı. “Barselona” nümayəndələri 20 yaşlı ispaniyalının agenti ilə danışıqlara da start verib.

Klub akademiyasının hücumçuları arasında böyük rəqabət üzündən 4 il öncə vətəni tərk edən hücumçunun doğma rənglərə üstünlük verməsi kifayət qədər inandırıcıdı.

“Dinamo”nun 25 milyon avro tələb etdiyi transfer məbləğini “Real” da ödəməyə hazırdı. Madridlilər belə imkanı əldən qaçırmaq istəmir.

Lakin İspaniya klubları Olmo mübarizəsində tək deyil. Belə ki, “Mançester Yunayted”, “Mançester Siti” və “Bavariya” da gənc hücumçunu izləməkdə davam edir.

Qeyd edək ki, 2015-ci ilin fevralında “Dinamo”da debüt edən ispaniyalı cari mövsümün 10 matçında 2 qol vurub.

matç.az








Redaktorun seçimi