Millimizin rəqiblərinin oyununda "qol yağışı"

Hit: 284
Millimizin rəqiblərinin oyununda "qol yağışı"

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində millimizin yer aldığı 1-ci qrupda ilk tura yekun vurulub.

Faktor.az xəbər verir ki, Tiflisdə Mixail Mesxi adına stadionda keçirilən  qrupun digər oyununda meydan sahibi Gürcüstan yığması Lixtenşteynlə qarşılaşıb və 7:0 hesabı ilə qalib gəlib.

Xatırladaq ki, qrupun ilk görüşündə Azərbaycan yığması İsrailə böyük hesabla uduzmuşdu - 1:4.

Qeyd edək ki, noyabrın 17-də seçmə mərhələnin 2-ci turunda Azərbaycan yığması Gürcüstanla, İsrail isə Lixtenşteynlə üz-üzə gələcək.









Redaktorun seçimi