UEFA-dan Çakıra mühüm təyinat

Hit: 317
UEFA-dan Çakıra mühüm təyinat

Türkiyəli hakim Cüneyt Çakır UEFA-dan növbəti təyinat alıb.

Faktor.az xəbər verir ki, o, İtaliya - ABŞ yoxlama oyununu idarə edəcək. C.Çakıra Bahattin Duran və Tarık Ongun kömək edəcək. Dördüncü hakim funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.

VAR (videotəkrar) hakimləri isə Halis Özkahya və Barış Şimşek olacaq.

Qeyd edək ki, UEFA ilk dəfə məhz İtaliya - ABŞ görüşündə videotəkrar sistemini sınaqdan keçirəcək.

Əlavə edək ki, sözügedən görüş noyabrın 20-i keçiriləcək.









Redaktorun seçimi