Koke "Barselona"ya qarşı oynayacaq?

Hit: 317
Koke "Barselona"ya qarşı oynayacaq?

"Atletiko"nun yarımmüdafiəçisi Koke La Liqanın 13-cü turunda "Barselona" ilə matçda oynaya biləcək.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi zədəsini sağaldıb və artıq məşqlərə başlayıb.

Xatırladaq ki, Koke zədə səbəbindən komandasının son 4 oyununu buraxıb.

Əlavə edək ki, "Atletiko" - "Barselona" görüşü noyabrın 24-ü keçiriləcək.









Redaktorun seçimi