Dembele ən bahalı transfer ola bilər

Hit: 335
Dembele ən bahalı transfer ola bilər

“Barselona”nın hücumçusu Usman Dembele karyerasını İngiltərədə davam etdirə bilər.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, “Liverpul” fransalı futbolçunun xidmətində maraqlıdı.

“Qırmızılar” gənc oyunçunu qış fasiləsində heyətə qatmaq niyyətindədilər. “Mersisaydlılar” bu keçid müqabilində qarşı tərəfə 98 milyon avro təklif etməyə hazırlaşır. “Barselona” razılıq versə, Dembele “Liverpul” tarixinin ən bahalı transferinə çevriləcək. Premyer Liqa təmsilçisində rekord 86 milyon avro ilə Vircil van Diykə məxsusdu.

Qeyd edək ki, Usman Dembele “Barselona”ya ötən il 105 milyon avroya Dortmund “Borussiya”sından keçib.









Redaktorun seçimi