“Real” yeni baş məşqçisini açıqladı - RƏSMİ

Hit: 294
“Real” yeni baş məşqçisini açıqladı - RƏSMİ

“Real”ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Faktor.az xarici mətbuata istinadən xəbər verir ki, “kral klubu” Santyaqo Solarini baş məşqçi postunda saxlayıb.

Madridlilərin bu gün İspaniya Futbol Federasiyasına göndərdiyi sənəddə baş məşqçi kimi Solarinin təsdiq edilməsi istənilib. Beləliklə, 42 yaşlı mütəxəssis cari mövsümün sonuna qədər “Real”a rəhbərlik edəcək.

Qeyd edək ki, “Real” Solarinin rəhbərliyi altında keçirdiyi 4 oyunun hamısında qələbə qazanıb.









Redaktorun seçimi