Renat oynadı, komandası lideri məğlub etdi

Hit: 301
Renat oynadı, komandası lideri məğlub etdi

Portuqaliya Sequndasının 9-cu turunda bu gün bir oyun keçirilib.

Faktor.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət yığmamızın üzvü Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" doğma meydanda "Pakuş Ferreyra"nı qəbul edib. Aylton Boa Mortenin 20-ci dəqiqədə vurduğu qol meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb. Lider üzərindəki qalibiyyətdən sonra xallarının sayını 17-yə çatdıran "Eştoril" 3-cü pilləyə yüksəlib. Hazırda bu komandanı zirvədən cəmi 4 xal ayırır.

Qeyd edək ki, Dadaşov matçın 61-ci dəqiqəsində meydana daxil olub.









Redaktorun seçimi