18 yaşlı türkə italyanlardan təklif

Hit: 317
18 yaşlı türkə italyanlardan təklif

“Qalatasaray”ın müdafiəçisi Ozan Kabak gənc yaşda karyerasını Avropada davam etdirə bilər.

Faktor.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin klubları 18 yaşlı oyunçunun xidmətində maraqlıdı.

İlk olaraq “İnter”in diqqət mərkəzinə düşən Ozanı artıq “Milan” və “Roma” da transfer etmək niyyətindədi. Xüsusən də, “Roma”nın idman direktoru Monçi bu keçidin baş tutması üçün əlindən gələni edir. “Qalatasaray” isə gənc oyunçusunu 20 milyon avrodan ucuz qiymətə satmaq fikrində deyil.

Qeyd edək ki, Çempionlar Liqasında “Şalke” ilə qarşılaşmanı yüksək səviyyədə keçirən Ozan Kabak Avropada Fabio Kannavaroya bənzədilir.









Redaktorun seçimi