“Qarabağ”ın rəqibi ən yaxşı seçildi - FOTO

128 dəfə oxunub
“Qarabağ”ın rəqibi ən yaxşı seçildi - FOTO

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

Faktor.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Arsenal”ın üzvü Pyer-Emerix Obameyanq ayın ən yaxşısı seçilib.

Qabonlu hücumçu komandasının ötən ay vurduğu 10 qoldan 6-da pay sahibi olub. Obameyanq 5 qol vurub və məhsuldar ötürmə verib.

O, səsvermədə digər namizədlər Antoni Marsial (“Mançester Yunayted”), Ross Barkli (“Çelsi”), Fernandinyo (“Mançester Siti”), Metyu Rayan (“Brayton”) və Kallum Uilsonu (“Bornmut”) qabaqlayıb.



Redaktorun seçimi