"Qvardiola ilə çalışmaq cinsi əlaqədən daha gözəldi" - Dani Alveş

136 dəfə oxunub
"Qvardiola ilə çalışmaq cinsi əlaqədən daha gözəldi" - Dani Alveş

PSJ-nin ulduz futbolçusu Dani Alveş sabiq baş məşqçisi Pep Qvardiola ilə bağlı açıqlama verib.

Faktor.az xəbər verir ki, “Sky Sports”a danışan braziliyalı ispaniyalı mütəxəssisi tərifləyib:

“Onunla danışdığım ilk günü yaxşı xatırlayıram. Məni nəyə görə istədiyini bildirmişdi. Dedi ki, əgər məni yaxşı izləsən,maraqlı işlər görə bilərik. Qvardiola məni futbolçu olaraq çox inkişaf etdirdi. Ondan çox şey öyrəndim. O, birlikdə çalışdığım ən yaxşı insandır. Qvardiola ilə birlikdə çox şey qazandıq. Onunla birlikdə çalışmaq cinsi əlaqədə olmaqdan daha gözəldi”.

Qeyd edək ki, Pep Qvardiola da öz növbəsində Alveşin açıqlamasını cavabsız qoymayıb. O, cavab olaraq “mən cinsi əlaqəni seçərdim” deyib.



Redaktorun seçimi