"Arsenal"ın futbolçusunun ayağı qırıldı - VİDEO

132 dəfə oxunub
"Arsenal"ın futbolçusunun ayağı qırıldı - VİDEO

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan  "Arsenal" ciddi itki ilə üzləşib.

Faktor.az xəbər verir ki, komandanın hücumçu Denni Uelbek ciddi xəsarət alıb. 

27 yaşlı forvard Avroliqanın qrup mərhələsinin 4-cü turunda Londonda "Sportinq"lə keçirilən  matçın  (0:0) 25-ci dəqiqəsində zədələnib. Rəqibin cərimə meydançasında hava mübarizəsindən sonra yerə uğursuz düşən ingiltərəli oyunçu görüşü davam etdirə bilməyib. O, oksigen maskası ilə meydanı tərk edib və xəstəxanaya aparılıb. 

Görüşdən sonra komandanın baş məşqçisi Unay Emeri Uelbekin ayaq biləyində qırıq aşkarlandığını bildirib.



Redaktorun seçimi