"Qarabağ"ın Bakıya dönüşü yubanır

129 dəfə oxunub
"Qarabağ"ın Bakıya dönüşü yubanır

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Vorskla” ilə qarşılaşan “Qarabağ”ın Ukraynadan Bakıya dönüşü təxirə salınıb.

Faktor.az xəbər verir ki, saat 03:30-da Poltava hava limanından yola düşməli olan təyyarənin uçuşu saat 12:00-da gerçəkləşəcək. Buna səbəb hava şəraitinin uçuş üçün əlverişsiz olmasıdır.

Xatırladaq ki, "Qarabağ" səfərdə 1:0 hesablı qələbə qazanıb.



Redaktorun seçimi