"Mübarizədən geri çəkilmədilər" - Qurban Qurbanov

150 dəfə oxunub
"Mübarizədən geri çəkilmədilər" - Qurban Qurbanov

“Futbolçularımı təbrik edirəm. Çox vacib qələbə qazandılar”.

Faktor.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

UEFA Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda “Vorskla”nın qonağı olan Azərbaycan çempionu qalib gələrək, ilk xallarını qazanıb – 1:0.

Oyunsonrası mətbuat konfransında Qurbanovun qələbə şərhi belə olub:

“Oyundan da razı qaldım. 90 dəqiqə mübarizədən geri çəkilmədilər, meydanın hər yerində ən yaxşısını etməyə çalışdılar. Hər birinə minnətdaram. “Vorskla”ya uğurlar arzulayıram”.

- Oyunboyu həyəcanlı görünürdüz. İlk hissədə isə hakimdən nəsə soruşurduz...

- İngiliscə o qədər də yaxşı bilmirəm. Donaldın epizodunda başa salmaq istədim ki, cərimə vermək olar, amma vərəqə göstərməyə bilərdi.

- Demək olar ki, bu hesab Bakıdakı nəticənin oyuna görə olmadığını göstərdi?

- Bu gün konsentrasiya daha yaxşı idi, nəinki Bakıda. Orda da qalib gəlməli idik. Bu gün də bunu sübut etdik. Bakıda da meydana qələbə üçün çıxmışdıq, alınmadı. Burda isə istəyimizə nail olduq.

- Hələ oyundan əvvəl komanda rahat idi, stressi üzərindən atmışdı. Sanki qələbəyə daha çox köklənmişdiniz...

- Bu gün qələbəyə inamım var idi. Həmişə rəqibi canlı gördükdən sonra digər matça daha rahat hazırlaşa bilirsən. Bu amilin də rolu oldu. Həm Bakıda, həm də burda qalibiyyət arzulayırdıq. Sadəcə, burda alındı.

/// Matç.az



Redaktorun seçimi