"Qarabağ" ilk qələbəsini qazandı - YENİLƏNİB - VİDEO

465 dəfə oxunub
"Qarabağ" ilk qələbəsini qazandı - YENİLƏNİB - VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk qələbəsini qazanıb.

Faktor.az xəbər verir ki, Qurban Qurbanovun yetirmələri ilk xallarını 4-cü turda əldə edib.

Azərbaycan çempionu ardıcıl 3 məğlubiyyətdən sonra Ukraynada “Vorskla” ilə görüşüb. 1/16 final şanslarını qorumaq üçün qalib gəlməli olan təmsilçimiz vəzifənin öhdəsindən gəlib.

Araz Abdullayevin 12-ci dəqiqədə penaltidən vurduğu top matçın taleyini həll edib. 1:0 hesablı qələbə “Qarabağ”ı 4-cü pillədə saxlasa da, mərhələ keçməyə şanslarını qoruyub.

Oyun xoşagəlməz hadisələrlə də yadda qalıb. Görüş iki dəfə azarkeşlərin pirotexniki vasitələrdən istifadə etməsi üzündən dayandırılıb. Nəticədə ikinci hissəyə 12 dəqiqə əlavə edilib.

UEFA Avropa Liqası

Qrup mərhələsi, 4-cü tur

E qrupu, 8 noyabr

"Vorskla" (Ukrayna) - "Qarabağ" (Azərbaycan) - 0:1

Qol: Araz Abdullayev, 12-p.

Hakimlər: Sandro Şörer, Bekim Zoqay, Ştefan De Almeyda, Raffael Tseder, Alen Byeri, Lukas Fandrix (hamısı İsveçrə)

Poltava. Aleksey Butovski adına stadion.



Redaktorun seçimi