“Fənərbaxça”dan vacib qələbə - VİDEO

135 dəfə oxunub
“Fənərbaxça”dan vacib qələbə - VİDEO

Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin növbəti oyunları keçirilir.

Faktor.az xəbər verir ki, Türkiyənin “Fənərbaxça” klubu doğma azarkeşləri önündə Belçika “Anderlext”ini qəbul edib.

Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, 4 oyundan sonra D qrupunda xallarının sayını 7-yə çatdıran “Fənərbaxça” ikinci sırada yer alıb. Birinci yerdə “Dinamo Zaqreb” (3 oyun, 9 xal), üçüncü yerdə “Spartak Trnava” (3 oyun, 3 xal), dördüncü yerdə isə “Anderlext” (4 oyun, 1 xal) qərarlaşıb.



Redaktorun seçimi