MOİK-in idmançılarından 5 medal

139 dəfə oxunub
MOİK-in idmançılarından 5 medal

Hövsan Olimpiya İdman Kompleksində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən sərbəst və yunan-Roma güləşi üzrə Bakı çempionatı keçirilib.

Faktor.az xəbər verir ki, 200-dən artıq pəhləvanın qüvvəsini sınadığı yarışa MOİK idmançıları da qatılıb.

Komanda yarışı 5 medalla başa vurub. Sərbəst güləşdə 57 kq və 79 kq çəki dərəcəsində güləşən İbrahim İsmayılov və Ağasəfa Hüseynov bürünc medal əldə ediblər.

Yunan-Roma güləşçiləri isə daha uğulu olublar. Belə ki, klassiklərdən Sakit Quliyev (63 kq) və Arif Niftullayev (97 kq) bütün rəqiblərini üstələyərk qızıl medal qazanıblar. 63 kq çəki dərəcəsində güləşən Kənan Cəfərov isə yalnız finalda uduzaraq gümüş medala sahib çıxıb.



Redaktorun seçimi