Azərbaycan yığması hara gedir?

Hit: 293
Azərbaycan yığması hara gedir?

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinə start verib.

Faktor.az xəbər verir ki, 25-ci dəfə qitə miqyaslı turnirə qatılan yığmamız 83-cü rəsmi oyununu keçirib.

Norveçə 1:4 hesabı ilə uduzan komandamız tarixində 49-cu məğlubiyyətini alıb. Futbolumuzun gələcəyi sayılan bu yığma “50”yə doğru gedir.

Albaniyada alınan böyükhesablı məğlubiyyət də milli üçün adi hal sayılır. Çünki 49 məğlubiyyətdən 22-si darmadağın olub. Norveçlə görüşədək hesabında 3, 4, 5, hətta 6 top fərqli məğlubiyyətlərin sayı 21 olan komanda bu rəqəmi 22-yə çatdırıb.

Son 4 seçmə oyunda isə 3-cü dəfə ağır məğlubiyyət alınıb. Ötən il Mirbağır İsayevli yığma İrlandiyaya 0:6, Ukraynaya 1:6 hesabı ilə uduzduqdan sonra Bolqarıstana qalib gəlmişdisə (2:1) darmadağın ənənəsi Ramin Quliyevin rəhbərliyi altında davam edir.









Redaktorun seçimi