"Qarabağ"a texniki məğlubiyyət verildi, 8 min manat cərimə olundu

Hit: 230
"Qarabağ"a texniki məğlubiyyət verildi, 8 min manat cərimə olundu

Bu gün AFFA İntizam Komitəsinin iclası baş tutub. 

Faktor.az PFL-in saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının VIII turunun "Qarabağ" - "Səbail" matçında Ağdam klubunun heyətində protokolda adı qeyd olunmayan futbolçu iştirak  edib. Bu səbəbdən  "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib, klub 8000 manat cərimə olunub. 

"Qarabağ" - "Səbail" matçı 1:0 hesabı ilə başa çatmışdı. Həmin qarşılaşmada Rəşad Sadıqovun əvəzinə adı protokolda olmayan Abbas Hüseynov meydana daxil olmuşdu.

Qeyd edək ki, bu qərardan sonra xallarının sayını 13-ə çatdıran "Səbail" turnir cədvəlində 3-cü pilləyə yüksəlib. "Qarabağ"ın ehtiyatından isə 3 xal silinib. Komanda hazırda 16 xalla 2-ci sıradadır.









Redaktorun seçimi