Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

Hit: 315
Millimiz Avropa çempionatına ağır məğlubiyyətlə başladı

17 yaşadək futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə başlayıb.

Faktor.az xəbər verir ki, Ramin Quliyevin başçılıq etdiyi kollektiv bu gün ilk oyununu keçirib. 8-ci qrupda yer alan yığmamız ilk sınağında Norveçlə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Komandamızın heyətində yeganə qolu millimiz və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı vurub.

Yığmamız qrupda növbəti oyununu oktyabrın 26-da, saat 14:00-da Çexiyaya qarşı keçirəcək. 

Qeyd edək ki, komandamızın qrupunda Norveçlə yanaşı, Albaniya və Çexiya yığmaları da yer alırlar. Qrupun bütün oyunları Albaniyada keçirilir.

Avropa çempionatının seçmə mərhələsi

8-ci qrup

I tur

23 oktyabr

Azərbaycan U-17 – Norveç U-17 - 1:4

Qollar: Herman Gelmuyden, 18-pen (0:1), Robin Skroqstad, 19 (0:2), Fredrix Oppeqard, 20 (0:3), Nils Vallotto, 71 (0:4), Musa Qurbanlı, 89 (1:4)

Hakimlər: Admir Şehoviç, Sreten Udoviçiç (hər ikisi Bosniya və Herseqovina), Elis Pulay, Florian Lata (hər ikisi Albaniya)

Luşnya. “Roza Haciu” stadionu









Redaktorun seçimi