"Trabzonspor" autsayderlə bacarmadı - VİDEO

Hit: 458
"Trabzonspor" autsayderlə bacarmadı - VİDEO

Türkiyə Superliqasında 9-cu tura yekun vurulub.

Faktor.az xəbər verir ki, sonuncu oyun günündə 1 matç keçirilib. "Trabzonspor" autsayderlərdən biri "Ərzurumspor"la qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

Bu heç-heçədən sonra Qaradəniz təmsilçisi 14 xalla 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 9 turdan sonra turnir cədvəlinə 19 xalla "Qalatasaray" başçılıq edir. "Başakşəhər" və "Kasımpaşa" hərəyə 18 xalla 2-3-cü pillələri bölüşdürür. "Antalyaspor" 16 xalla 4-cü, "Beşiktaş" 15 xalla 5-cidir.









Redaktorun seçimi