"Çempionluq üçün nə isə çatmadı" - Cəbrayıl Həsənov - VİDEO

Hit: 321
"Çempionluq üçün nə isə çatmadı" - Cəbrayıl Həsənov - VİDEO

"Bura çox yaxşı formada gəlmişdim. Çempion olacağıma inanırdım. Hücumu son saniyələrə saxlamışdım. Alınmadı".

Faktor.az xəbər verir ki, bu sözləri Macarıstanın paytaxtı Budapeştdəki dünya çempionatında gümüş medal qazanan Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov deyib.

 79 kq çəki dərəcəsində yer alan yığmanın kapitanı çempionluq üçün nəyinsə çatmadığını söyləyib: Bundan sonra çalışacağam ki, şansımı son saniyələrə saxlamayım. Səhvlərimin üzərində işləyəcəyəm".

Qeyd edək ki, C.Həsənov həlledici görüşdə ABŞ idmançısı  Kayl Duqlas Deykə uduzub.









Redaktorun seçimi