“Qəbələ”ni üzən, “Qarabağ”ı sevindirən hakim

Hit: 270
“Qəbələ”ni üzən, “Qarabağ”ı sevindirən hakim

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - “Vorskla” (Ukrayna) oyununun hakiminin Roi Reinşreyber olacağını xəbər vermişdik.

Faktor.az xəbər verir ki, israilli hakim Azərbaycan futboluna tanış simadır. 

O, ötən mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində keçirilən “Şerif” (Moldova) - “Qarabağ” cavab matçını idarə edib. “Qarabağ” bu görüşdə 2:1 hesabıyla qələbə qazanıb. Roi, həmin oyunda “köhlən atlar”ın 5 futbolçusunu sarı vərəqə ilə cazalandırmışdı. Ağdam təmsilçisi ilə “Şerif” arasında Bakıda keçirilən ilk oyun isə qolsuz bərabərliklə başa çatmışdı.

Roi Reinşreyber 2015-2016 mövsümündə Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Dinamo” (Gürcüstan) - “Qəbələ” matçını da idarə edib. Qəbələ təmsilçisi bu matçda 1:2 hesabıyla məğlub olub. Cavab matçında isə qəbələlilər Gürcüstan təmsilçisini 2:0 hesabıyla məğlub edərək, mərhələ adlayıb.

İsrailli referi AÇ-2016-nın seçmə mərhələsində keçirilən Azərbaycan - Bolqarıstan matçında isə əlavə köməkçi hakim olub. Azərbaycan yığması bu oyunda 1:2 hesabıyla məğlub olub.

2014-cü ildən FİFA referisi statusunu daşıyan Roi, bu müddətdə 33 beynəlxalq oyunda fit çalıb. O, bu görüşlərdə 120 sarı, 10 qırmızı vərəqə göstərib. Ədalət təmsilçisi 13 dəfə də qapılara penalti təyin edib.









Redaktorun seçimi