Əliyar Ağayev “Bayer”in oyununa təyinat aldı

Hit: 252
Əliyar Ağayev “Bayer”in oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb. 

Faktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, gənc hakim Avropa Liqasının qrup mərhələsində oyun idarə edəcək.

Belə ki, Ağayev oktyabrın 25-də A qrupu çərçivəsində baş tutacaq “Sürix” (İsveçrə) – “Bayer  ” (Almaniya) qarşılaşmasında ədalət təmsilçisi olacaq. Ona Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcək. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək.

Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.









Redaktorun seçimi