"Real" Lopeteqeni istefaya göndərir

Hit: 283
"Real" Lopeteqeni istefaya göndərir

"Real" yaxın saatlarda baş məşqçisi Xulen Lopeteqini istefaya göndərə bilər.

Faktor.az xəbər verir ki, bu barədə "Marca" qəzeti məlumat yayıb. Bildirilib ki, komandanı Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda "Viktoriya" ilə oyuna böyük ehtimalla başqa mütəxəssis çıxaracaq. Lopeteqini əvəzetməyə əsas namizədin "Kastilyo"nun çalışdırıcısı Santyaqo Solari və "Beşiktaş"ın məşqçisi Quti olduğu iddia olunub.

Qeyd edək ki, "Real" ardıcıl 5 oyundur ki, qalib gələ bilmir. Komanda son olaraq La Liqanın 9-cu turunda doğma meydanda "Levante"yə 1:2 hesabı ilə uduzub.









Redaktorun seçimi