Renat oynadı, komandası isə...

Hit: 245
Renat oynadı, komandası isə...

Portuqaliya kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Faktor.az xəbər verir ki, U-21 millimizin üzvü Renat Dadaşovun komandası “Eştoril” öz meydanında “Tondela” ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığı üçün qalib penaltilər seriyası ilə müəyyənləşib. Burda isə daha dəqiq oynayan “Tondela” (5:4) növbəti mərhələyə yüksəlib.

Oyuna ehtiyat oyunçular skamyasında başlayan R.Dadaşov 74-ü dəqiqədə meydana daxil olub. Ona növbə çatmadığı üçün Renat penaltilər seriyasında iştirak etməyib.









Redaktorun seçimi