“Qəbələ” və “Neftçi” azarkeşləri arasında dava

Hit: 274
“Qəbələ” və “Neftçi” azarkeşləri arasında dava

Topaz Premyer Liqanın 8-ci turunda bir qədər əvvəl başa çatan “Qəbələ” – “Neftçi” oyunu zamanı azarkeşlər arasında dava olub.

Faktor.az xəbər verir ki, matçın 65-ci dəqiqəsində hesabda 0:2 geri olan qonaqların fanatları 

“Qəbələ”nin ünvanına təhqiramiz şüarlar işlətməyə başlayıb. Bundan sonra komandaların azarkeşləri arasında dava düşüb.

“Neftçi” azarkeşləri əks tərəfin qərarlaşdığı sektorlara pirotexniki əşyalar atıb. Münaqişənin böyüməsinə stadiondakı polislər mane olub.

Qeyd edək ki, qarşılaşma “Qəbələ”nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.









Redaktorun seçimi