"Qəbələ" və "Qarabağ"dan qələbə - YENİLƏNİB

Hit: 484
"Qəbələ" və "Qarabağ"dan qələbə - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqasında 8-ci tura start verilib.

Faktor.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Son vaxtlar uğursuz  çıxışları ilə yadda qalan “Qəbələ” öz meydanında lider “Neftçi”ni qəbul edib. Görüş "qırmızı-qaralar"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, "Neftç"nin mövsümdə ilk məğlubiyyətidir.

Günün ikinci oyununda isə çempion “Qarabağ” “Səbail”i qəbul edib. Ağdam klubu indiyədək çempionatda 5 dəfə qarşılaşdığı və hamısında qol buraxmadan qalib gəldiyi bu rəqibindən yenə üstün olub - 1:0.

Qeyd edək ki, turun digər iki oyunu sabah keçiriləcək.

Topaz Premyer Liqası

8-ci tur

20 oktyabr (şənbə)

“Qarabağ” – “Səbail” - 1:0

Qol: Abdullah Zubir, 62

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev

“Azersun Arena"

“Qəbələ” – “Neftçi” - 3:1

Qollar: Ceyms Adeniyi, 14 (1:0), Steven Monroz, 57 (2:0), Ceyms Adeniyi, 77 (3:0), Karikari, 90+4 (3:1)

Qırmızı vərəqə: Təmkin Xəlilzadə, 67 (2-ci sarı vərəqə, "Qəbələ")

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov

Qəbələ şəhər stadionu









Redaktorun seçimi